|
İqtisadiyyat / 07.10.2008 15:31 «Dünya Bankının Azərbaycanda apardığı tədqiqatların nəticəsinə görə, mülkiyyətin qeydiyyatı sahəsində Azərbaycan 54 pillə irəliləyib»
İqtisadçı ekspert Qubad İbadoğlu
«Mülkiyyət aktınını qeydə alınması üçün vətəndaşlardan təxminən 13 sənəd tələb olunur. Həmin sənədlərin də hazırlanması müəyyən müddətdə vaxt və xərc tələb edir». Bu haqlda ANS PRESS-ə iqtisadçı ekspert Qubad İbadoğlu məlumat verib. Onun sözlərinə görə, prosesin bu cür aparılması vətəndaşlara vaxt problemi yaradır: «Əgər biz o prinsipdən yanaşsaq ki, vətəndaşların həm vaxt, həm də xərcinin dəyəri artması bunu deməyə əsas verir ki, mülkiyyətin qeydiyyat aktının hazırlanması rüşvət üçün əsas mənbələrdən birinə çevrilibdir». Q.İbadoğlu hesab edib ki, buna baxmayaraq, Dünya Bankının Azərbaycanda apardığı tədqiqatlar bu sahədə tamam əks prosesin getdiyini sübut etməyə çalışıb. «Bu tədqiqatların nəticəsi göstərdi ki, mülkiyyətin qeydiyyatı sahəsində Azərbaycan 54 pillə irəliləyib. Amma mülkiyyət aktinın hazırlanması üçün 13 sənədin tələb olunması onu deməyə də əsas verir ki, Azərbaycanda hələ də, bu, sahədə problem qalmaqdadır». Gülnaz Qənbərli \ANSPRESS\
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|