|
Siyasət / 07.10.2008 15:21 İlham Əliyev Biləsuvar rayonuna səfər edib
Prezident və xanımı M.Əliyeva Heydər Əliyevin abidəsini ziyarət ediblər
Bu gün prezident İlham Əliyev Biləsuvar rayonuna səfər edib. İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə Heydər Əliyev parkına gələrək burada H.Əliyevin abidəsini ziyarət ediblər. İlham Əliyev Biləsuvarda Heydər Əliyev Muzeyi ilə də tanış olub. Muzeydə H.Əliyevin uşaqlıq və gənclik illərinə, sovet dövründəki fəaliyyətinə və müstəqil Azərbaycana rəhbərliyi illərinə aid, habelə Biləsuvara səfərlərini əks etdirən fotoşəkillər toplanıb. İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini də yazıb. /«Azərtac»/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|