|
Siyasət / 07.10.2008 14:54 Pan Gi Mun Gürcüstana dair yeni hesabat təqdim edib
Sənəddə BMT missiyasının mandatının gələn ilin fevralına qədər uzadılması təklif edilir
BMT-nin Baş katibi Pan Gi Mun qurumun Təhlükəsizlik Şurasına Gürcüstana, daha dəqiq Abxaziyada vəziyyətə dair yeni hesabat təqdim edib. Sənəddə BMT missiyasının mandatının gələn ilin fevralına qədər uzadılması təklif edilir. Məsələ oktyabrın 15-də Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq. Pan Gi Mun bildirib ki, bu ləngimə texniki xarakter daşıyır və BMT-nin regionda mövcudluğunun gələcək variantlarını öyrənməyə imkan verəcək. O qeyd edib ki, gürcü və abxaz tərəflərindən missiyanın saxlanılmasına dair rəsmi müraciət daxil olub. Lakin onların arasında missiyanın rolu ilə bağlı fikir ayrılığı var./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|