|
İç Xəbər / 07.10.2008 14:49 Prezident seçkisində istifadə olunacaq seçki bülletenlərinin çapı başa çatdırılıb
MSK-dan verilən məlumata görə, bu gündən bülletenlər dairə seçki komissiyalarına paylanır
Oktyabrın 15-də keçiriləcək prezident seçkisində istifadə olunacaq seçki bülletenlərinin çapı başa çatdırılıb. Bu gündən etibarən isə onların dairə seçki komissiyalarına paylanılmasına başlanılıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov məlumat verib.
Onun sözlərinə görə, prosesin sabah başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq səsverməyə 10 gün qalmış bülletenlərin çapı prosesi başa çatmalıdır. Seçkiyə 5 gün qalmış isə dairə seçki komissiyalarına paylanılmalıdır.
Qeyd edək ki, ölkə ərazisində ümillikdə 125 seçki dairəsi və müvəqqəti seçki məntəqələri də daxil olmaqla təxminən 3350 seçki məntəqəsi fəaliyyət göstərir. Natiq Məmmədovun sözlərinə görə, bülletenlərin çapı və paylanılması prosesinə hüquq-mühafizə orqanları ilə polis əməkdaşları cəlb edilib. Bülletenlərin sayı seçicilərin sayından 3 faiz artıq olmaqla dörd milyon, doqquz yüz üç min altı yüzdür. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|