|
Kriminal / 07.10.2008 14:37 “Tolişi Sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun oğlu Emil Məmmədov azadlığa buraxılıb
Heç bir sübut olmadığından Emil Məmmədovun barəsində bəraət hökmü çıxarılıb
Bu gün “Tolişi Sədo” qəzetinin baş redaktoru və təsisçisi, Talış Mədəniyyət Mərkəzinin sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitunun bölmə müdiri Novruzəli Məmmədovun oğlu Emil Məmmədov azadlığa buraxılıb. N. Məmmədovun hüquqlarını müdafiə komitəsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün Yasamal rayon məhkəməsində E. Məmmədovun cinayət işinə baxılıb. Hakim Rauf Əhmədovun sədrlik etdiyi məhkəmədə heç bir sübut olmadığından Emil Məmmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. E. Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 (narkotik maddənin saxlanılması və istifadəsi ) maddəsi ilə ittiham olunurdu. Anar Məmmədov/ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|