|
Ordan-Burdan / 07.10.2008 13:00 İranda qadınlar üçün xüsusi avtomobil hazırlanır
Avtomobil dünya bazarının bütün tələblərinə cavab verəcək
İranın ən iri maşınqayırma şirkəti xüsusi olaraq qadınlar üçün avtomobil yaratmağı planlaşdırıb. Bu barədə The Guardian yazıb. Verilən məlumata görə, avtomobil dünya bazarının bütün tələblərinə cavab verəcək. Yeni avtomobildə mütləq avtomat qutu, parkinq zamanı kömək üçün elektron sistem, naviqasiya sistemi, həmçinin xüsusi domkrat olacaq. Bu domkratla sürücüyə təkəri dəyişmək daha asan olacaq. Bundan başqa avromobil xüsusi ötürüclərlə təchiz olunacaq. Bu ötürücülər təkərin boşalması barədə xəbədarlıq edəcək. Maşının salonu və rəngində qadına məxsus tonlara üstünlük verilib. Uşaqlı sürücülər üçün isə maşında təhlükəsizlik sistemi və əyləncə də nəzərdə tutulub. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|