|
Hərb / 07.10.2008 12:38 PKK əleyhinə əməliyyatda 23 terrorçu öldürülüb
Türk əsgərləri Şimali İraqda hava əməliyyatında PKK-nın 21 hədəfini dağıdıb
Türkiyə PKK terrorçularına qarşı əməliyyatları davam etdirilir. Hakkari vilayətinin Şəmdinli mahalındakı qarşıdurmada 23 terrorçu öldürülüb. Onlardan dördünün xarici vətəndaş olduğu güman edilir. Təhlükəsizlik qüvvələri əməkdaşları tərəfindən Axdıdın kəndi çölündən alınaraq, Şəmdinliyə gətirilən terrorçuların cəsədləri müayinə ediləcək. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|