|
İdman / 07.10.2008 14:18 Daniel Quiza: "Luis Araqones Fənərbaxçadan göndərilsə bu mənim üçün fəlakət olar"
İspaniyanın Marca qəzetinin hər il İspaniya La Liqasının qol kralına verilən mükfatı Daniel Quizaya təqdim edilib
Türkiyənin “Fənərbaxça” klubunun və İspaniya milli komandasının futbolçusu Daniel Quiza mükafatını aldı. İspaniyanın Marca qəzetinin hər il İspaniya La Liqasının qol kralına verilən mükfatı, dünən Madridin Ritz Otelində keçirilən mərasimidə Daniel Quizaya təqdim edilib. Ötən mövsüm İspaniya çempionatında “Malyorka” klubunun heyətində çıxış edən D.Quiza rəqib qapılarından 27 qol keçirib. Mərasimdə jurnalistlərə açıqlama verən İspan futbolçu "Araqones komandadan qovulsa bu mənim üçün çox qorxunc bir hadisə olar. Komanda yoldaşlarım nə fikirləşir deyə bilmərəm, amma bu mənim xoşuma gəlməz. Komandanın bu vəziyyətə düşəcəyi ağlımın ucundan da keçməzdi, amma futbolda hər cür nəticə ola bilər. Luis çox yaxşı və güclü insandır. Xarakter göstərərək Fənərbaxçanı toparlayacağına inanıram. Amma əgər komandadan göndərilərsə bu mənim üçün fəlakət olar " deyə bildirib. Qeyd edək ki, mərasimdə “Real madrid” klubunun prezidenti Roman Kalderon, “Barselona” klubunun prezidenti Xuan Laporta və İspaniya milli komandasının baş məşqçisi Visente Del Boske də iştirak ediblər. EURO-2008 Avropa futbol çempionatındakı uğurlarına görə xüsusi mükafata layiq görülən “Fənərbaxça”nın ( İspaniya millisinin keçmiş baş məşqçisi) baş məşqçisi Luis Araqones isə İspaniyada olmasına baxmayaraq mərasimdə iştirak etməyib.
Elvin Rəsul/ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|