|
İqtisadiyyat / 07.10.2008 12:01 Bakıda sahibkarlığın inkişaf yolları mövzusunda konfrans keçirilir
Tədbirdə sahibkarlıq mühitinin dəyərləndirilməsinə dair yanaşmalar, kiçik sahibkarlıq üçün mühitin yaxşılaşdırılması üzrə təkliflər müzakirə olunacaq
Bu gün Bakıda sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşkilatçılığı ilə sahibkarlığın inkişaf yolları mövzusunda konfrans keçirilir. Konfransda Azərbaycan hökuməti, ölkədəki səfirliklər, Dünya bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Sahibkarlar Assosiasiyaları və digər qurumların nümayəndələri iştirak edirlər.
Tədbir çərçivəsində ölkədə kiçik sahibkarlığın inkişafında makroiqtisadi amillərin rolu, sahibkarlıq mühitinin dəyərləndirilməsinə dair yanaşmalar, kiçik sahibkarlıq üçün mühitin yaxşılaşdırılması üzrə təkliflər və bir sıra digər məsələlər müzakirə olunacaq. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|