|
İqtisadiyyat / 07.10.2008 11:27 "Korrupsiya və inhisarçılıqla mübarizənin yenilənməsi kiçik və orta biznesin inkişafına böyük xidmət göstərir".
ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi
«Azərbaycan və Amerika arasında iqtisadi əlaqələrin inkişafını müşahidə etməyə şadıq və bu sahədə Azərbaycan iqtisadiyyatının inkişafında təcrübə ilə bölüşməyə hazırıq». Bu sözləri ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfəiri Enn Dörsi Bakıda kiçik biznesin inkişafına dai r keçirilən konfransdakı çıxışında deyib. «Biz inkişafa şadıq, amma ölkədə hələ çox şey edilməlidir», söyləyən səfir qeyd edib ki, Birləşmiş Ştatlar həmçinin məhsəmə sistemində həyata keçirilən islahatları təqdirəlayiq sayır. Enn Dörsi bildirib ki, korrupsiya və inhisarçılıqla mübarizənin yenilənməsi kiçik və orta biznesin inkişafına böyük xidmət göstərir. /Новости-Азербайджан/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|