BU GÜN22.11.2008
HAVA
BAZAR
NAMAZGecə yarı
23:53
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Siyasət / 07.10.2008 10:50
«Qafqazdakı vəziyyətdə İrəvan öz zəifliyini və həssaslığını başa düşür, buna görə də Qarabağ probleminin tezliklə həllini istəyir».
Rusiyanın xarici işlər naziri Sergey Lavrov «Rossiyskaya qazeta»ya müsahibəsində əmin edib ki, Qafqaz regionundakı problemlər, çətinliklə də olsa, tezliklə həll ediləcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov «Rossiyskaya qazeta»ya müsahibə verib və Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münasibətləri, ABŞ-ın vitse-prezidenti R.Çeyninin Bakı və Tiflisə səfərləri, Türkiyə prezidentinin İrəvana getməsi və ABŞ-da baş verən hadisələrə dair sualları cavablandırıb. Müxbirin son vaxtlar Qafqazda mühüm hadisələrin baş verməsi, Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində ilk görüşməsi və Riçard Çeyninin Bakı və Tiflisə, Serj Sarkisyanın isə Gürcüstana səfərlərinə Moskvanın münasibətinə dair sualını Rusiyanın xarici işlər naziri belə cavablandırıb: «Mən deməzdim ki, bütün bunlar oradan-buradan baş verir. Əslində, əlbəttə, bütün bü proseslərin hər bir iştirakçısının öz maraqları var. Ermənistanın mövqeyi bəllidir. Bu ölkə Dağlıq Qarabağ probleminə görə blokadadır və bu səbəbdən də xarici əlaqələr baxımından çox əziyyət çəkir. Erməni xalqının məqsədi - bu vəziyyətdən tezliklə yaxa qurtarmaqdır.

Coğrafi və siyasi çıxış yolları isə çox deyil. Dağlıq Qarabağ problemi həll edilsə, Türkiyə İrəvana xarici əlaqələri qurmaqda yardım göstərəcək. Əlbəttə ki, İrəvan və Ankara arasında rəsmi, diplomatik münasibətlər bərpa olunduqdan sonra.

Hələ Qafqaz böhranından əvvəl Qarabağ probleminin həlli istiqamətində Ermənistan və Azərbaycan prezidentlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə keçirilən görüşləri çərçivəsində irəliləyişlər üçün yaxşı şans yaranıb. Münaqişənin nizamlanması mexanizmlərini və prinsiplərini əhatə edən sənəd üzərində iş aparılıb.

Bu istiqamətdə həll olunmamış iki-üç məsələ qalır və onları Serj Sarkisyan və İlham Əliyevin növbəti görüşündə müzakirə edib, razılaşdırmaq lazımdır. Belə görüşlər də, başa düşürük ki, Azərbaycanda prezident seçkiləri başa çatdıqdan sonra mümkün olacaq. Söhbət əsasən Laçın dəhlizindən gedir. Və biz, ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri kimi, hesab edirik ki, problemin bu yöndə həlli daha realdır. Son qərar, sözsüz ki, Ermənistan və Azərbaycandan asılıdır, amma bu prosesin bütün xırdalıqları və incəliklərini yaxşı başa düşən vasitəçilər - Rusiya, Amerika və Fransa, həll yollarını artıq görür.

Bu məsələdə Türkiyə faktoruna gəlincə isə, bu prosesin fəallaşması, ola bilsin ki, Qafqaz böhranının nəticəsi olaraq geosiyasi vəziyyətin qəfil gərginləşməsilə əlaqədardır. Rusiyanın hər hansı geosiyasi addım atıb hansısa dəyişiklik etmək fikri yox idi, bütün bunlar artıq baş verirdi. Bizim əsas məqsədimiz - dinc əhalini və orada olan sülhməramlıları müdafiə etmək idi. Bu məqsədə də nail olduq. Lazım olan addımlar çərçivəsində, eyni cavab verməklə. Bütün bunlar da ki, artıq bəllidir. Amma Ermənistanın bu böhran zamanı yaşadığı problemlər, əsasən də erməni xalqı üçün həyati əhəmiyyət kəsb edən malların Gürcüstan ərazisilə daşınmasında yaranmış çətinliklər bu məsələnin tez və təcili həllinin vacibliyindən xəbər verir. Cənubi Osetiya və Abxaziyanın hər an hərbi müdaxilə təhlükəsi altında qalması və bunun da nəticəsində Ermənistan üçün həyati əhəmiyyət kəsb edən tranzit daşımalarındakı çətinliklər heç kimin marağında deyil. İrəvan üçün bu vəziyyətdən yaxa qurtarmaq əsasdır. Elə buradan da rəsmi İrəvanın Dağlıq Qarabağ problemini tezliklə həll etməkdə maraqları doğur ki, bunun da nəticəsində Türkiyə ilə diplomatik əlaqələr qurmaqla Ermənistanın bu ölkənin ərazisilə ətraf mühitə çıxmaq və xarici əlaqələri qurmaq imkanı yaranacaq. Türkiyəyə gəlincə... bu bir daha nümayiş etdirdi ki, Ankaranın siyasətinin əsas xətti - Qafqazdakı və yaxın bölgələrdəki problemlərin həllində region ölkələrinin hər birinin hüququnun saxlanılmasına xidmət etmək və yardım göstərməkdir. Fikrimcə, türklər bu fürsətin unikallığını vaxtında başa düşdülər. O fürsətin ki, onlara bölgədəki mövcudluğunu nümayiş etdirməyə bir daha imkan yaratdı. Türklər Qafqazın birbaşa qonşularıdır və eyni zamanda Qafqazın, demək olar ki, bütün ölkələrilə yaxşı əlaqədədir. «Qafqazdakı sabitlik və əməkdaşlıq platforması» isə bir daha göstərdi ki, türk diplomatiyası çox təcrübəlidir. Hesab edirəm ki, Qafqazda konfliktli vəziyyətin mövcudluğu nəticəsində bir tərəfdən Ermənistanın, öz vəziyyətinin çox zəif və həssas olduğunu yaxşı başa düşməsi, digər tərəfdən isə Türkiyənin elə bu vəziyyətin onun üçün əla fürsət olduğunu anlaması, ATƏT-in Minsk qrupunun təkliflərilə yanaşı, münaqişənin həlli üçün çox böyük zəmin yaradıb». Qafqazda sabitliyin nə vaxt əldə ediləcəyi, xüsusilə də Abxaziya və Osetiya problemlərinin həlli barədə isə Sergey Lavrov bunları deyib: «Mən əmin edirəm ki, əlbəttə, müəyyən çətinliklərlə də olsa, nəticədə bu regiondakı bütün problemlər elə Qafqaz ölkələrinin özləri, həmçinin Avropa ölkələrinin vasitəsilə həllini tapacaq. Medvedev-Sarkozi planının artıq gerçəkləşməsi bu istiqamətdə mühüm addımdır». /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
22.11.2008
01:57 ""Kurtlar vadisi"nin ssenarisi "Ergenekon"un əsasında yazılmayıb”
01:07 Gələn ildən Azərbaycanda gömrük rüsumlarının tutulması sadələşdiriləcək
00:05 Kərkük-Ceyhan neft kəmərinə hücum olub
21.11.2008
23:31 Qadın şahmatçılarımız da ermənilərə uduzdu-0:4
22:37 Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması barədə Saziş imzalandı
22:10 Türkiyə Ordusu Diyarbəkirdə terror aktının qarşısını alıb
21:48 Kənd Təsərrüfatı Akademiyasına rektor təyin edilib
21:07 Ədliyyə Nazirliyinin rəsmi emblemi təsdiqlənib
20:56 Prezident İlham Əliyev ədliyyə işçilərini təbrik edib
20:45 Bir qrup ədliyyə işçisi və hakim mükafatlandırıb (TAM SİYAHI)
20:04 Xəzərin statusu ilə bağlı İran və Azərbaycan arasında ikitərəfli görüş gələn il Bakıda keçiriləcək
19:05 ABŞ-ın İKT-dəki nümayəndəsi Azərbaycanda səfərdədir
18:29 Romada Beynəlxalq Kanoe Federasiyasının Konqresi keçiriləcək
18:03 Maykl Cekson Islam dinini qəbul edib
17:41 Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib
17:12 Emil Həsənov erməni cüdoçusunu məğlub edib
17:03 Diaspor ilə iş üzrə Dövlət Komitəsi Dünya Azərbaycanlılarının xartiyası üzərində işi yekunlaşdırmaq üzrədir
16:55 Yaxın üç gün ərzində respublika ərazisində yağış yağmayacaq
16:50 Azərbaycanda ilk dəfə siyasi triller janrında lentə alınmış "Seçilən" filminin premyerası noyabrın 24-də olacaq
16:41 Sabirabad sakinindən külli miqdarda narkotik maddə götürülüb
16:31 Abdullah Gül: "Bu tarixi arzunun gerçəkləşməsi böyük əhəmiyyət kəsb edir"
15:49 Daxili İşlər Nazirliyində daxili işlər orqanlarının bir qrup əməkdaşına yüksək dövlət mükafatları təqdim edilib
15:41 Aeroport yolunda «Volvo» «Mersedes»ə çırpıldıqdan sonra dərəyə düşüb
15:33 Sabah 1700 zəvvar avtobus karvanı ilə Bakıdan Məkkəyə yola düşəcək
15:07 Yasamal rayonunda VAZ 2106 yoldan çıxaraq binaların arasına düşüb
14:01 Premyer-Liqa XII tur əvəzedici heyətlər (TƏQVİM)
13:01 Balakəndə ər keçmiş arvadının başını kəsib
13:00 Türkiyə prezidenti Milli Məclisin spikeri Oqtay Əsədovu qəbul edib
12:51 Azərbaycan millisinin iki oyunçusu Almaniyaya yollandı
12:43 Vardan Oskanyan müxalifətçi olmaq istəyir
12:33 Azərbaycanın 8 kikboksçusu Portuqaliyaya yollanır
12:26 ABŞ Türkiyənin vasitəçilik təklifinə ehtiyac görmür
11:54 «Terrorçu Bin Laden «Əl Qaidə»dən uzaqlaşıb»
11:52 Cüdo üzrə Avropa çempionatı bu gün start götürür
11:45 Azərbaycanın daha bir əsgəri ermənilərin açdığı atəş nəticəsində şəhid olub
11:15 2008-ci ilin əvvəlindən 14 nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub
10:50 AzTV-dən «Amerikanın səsi» gəlməyəcək!
10:37 Suraxanıda ölümlə nəticələnən avtoqəza baş verib
10:26 Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini üç istiqamətdən atəşə tutub
10:20 Mehriban Əliyeva İstanbula səfərə yollanır
10:19 İstanbulda türkdilli ölkələrin parlament sədrlərinin toplantısı öz işinə başlayır
01:06 Bakıda mənzillər maya dəyərindən 3 dəfəyə qədər baha satılır
01:03 Türkiyədə həbs edilən 11 siyasətçi barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib
20.11.2008
23:35 «Ermənistan fürsət pəncərəsini doğru dəyərləndirməlidir»
23:23 Kişi şahmatçılarımız heç-heçə etdi, qadınlar isə qalib gəldi
22:11 Nardaranda yeni idman zalı açılıb
21:38 “Azərbaycanın işğal edilmiş əraziləri boşaldıldıqdan sonra Qafqazda sülhə nail olmaq mümkündür”
20:39 Bu gün neftin qiymətində növbəti rekord ucuzlaşma qeydə alınıb
19:43 200 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğu quraşdırılacaq
18:45 Serj Sarkisiyan müxalifətlə Qarabağ problemini müzakirə edib
17:11 «Azərbaycan XXI əsrdə - uğurun strategiyası» mövzusunda keçirilən beynəlxalq konfransı öz işini başa vurub
16:38 Milli Məclisin üzvləri «Qolodomor»un 75 illiyi ilə bağlı Kiyevdə keçiriləcək beynəlxalq forumda iştirak edəcək
16:32 «Əl Qaidə» Obamaya xəbərdarlıq edib
16:15 Fəhlə daş kəsən mişarın arasına düşüb
16:03 Azərbaycan rəsmi nümayəndə heyətinin İranda apardığı danışıqlar başa çatıb
15:31 «Dağlıq Qarabağ və ətrafında olan yeddi rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir»
15:30 İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib
15:04 "22 nəfərin həlak olduğu 20 noyabr terroru ermənilərin və erməni dövlətinin terrorçu xarakterini nümayiş etdirir"
15:04 «Qondarma Dağlıq Qarabağ rejimi danışıqlar prosesində tərəf kimi iştirak edə bilməz»
14:47 Qusar rayonunda parkda abadlıq işləri aparan kran aşıb
14:31 Eurovision müsabiqəsində göbək oynadan Siruşo Robert Koçaryanın oğlu ilə nişanlanıb
14:08 "Akkord"un mərkəzi ofisində yanğın baş verib
14:06 Bu gün bodibildinq üzrə Dünya çempionatı start götürür
13:27 Tuncay Şanlı Türkiyə millisinə qələbə qazandırdı (CƏDVƏL)
13:20 Xocavənd səmasında törədilən vertolyot qəzasından 17 il keçir
13:10 «Azərbaycan Avrasiya məkanında sürətlə inkişaf edən və sabitliyi qorumağa cəhd edən ölkələrdən biridir»
13:06 Dünya Çempionatı 2010: Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri (CƏDVƏL)
12:54 Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin türbəsi qəzalı vəziyyətdədir
12:46 Qubanın 25 yaşayış məntəqəsinin yol problemi həll edildi
12:23 “ANS-PRESS” Nəşriyyat Evi uşaqlar üçün yeni nağıl və maarifləndirici kitablar nəşr edib
12:15 Türkiyədə PKK terrorçuları ilə türk silahlı qüvvələri arasında atışma olub
11:55 Dünya Çempionatı- 2010: Avstraliya və Cənubi Koreya liderdir (CƏDVƏL)
11:21 İrəvanda jurnalistlərə qarşı zorakılığa son qoyulması tələbilə etiraz aksiyası keçirilib
11:17 Ermənistan tərəfinin şəhid olmuş əsgər O.Şamilovun meyitini Azərbaycan tərəfinə təhvil verməsi prosesi (FOTOSESSİYA)
11:03 İngiltərə Almaniyadan revanş aldı...
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^