|
Kriminal / 07.10.2008 10:52 Bakıda gecə klubunda işləyən barmen, xadimə tərəfindən bıçaqlanıb
Ürəyindən bıçaqlanan 28 yaşlı Rasim Əzizov xəstəxanada dünyasını dəyişib
Bu gecə Bakının Nəsimi rayonu, Azadlıq prospekti, 95 ünvanında yerləşən «Karaoke» gecə klubunda mübahisə nəticəsində klubda barmen işləyən 28 yaşlı Rasim Əzizov qarın nahiyəsindən bıçaqlanıb. Hadisədən dərhal sonra yaralı Kliniki Tibbi mərkəzə çatdırılıb və üzərində cərrahiyə əməliyyatı aparılıb. Buna baxmayaraq, Rasim Əzizov xəstəxanada dünyasını dəyişib.
Baş vermiş hadisədən dərhal sonra qətli törətməkdə şübhəli bilinən, gecə klubunda xadimə işləyən 35 yaşlı Arzu Əliyeva Nəsimi rayon Polis İdarəsi 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Arzu Əliyeva 3 aydır klubda xadimə işləyir. Qətlin baş vermə səbəbi istintaq sirri olduğundan açıqlanmır. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|