|
Hərb / 07.10.2008 22:41 Ermənistan sülhməramlıları İraqı vaxtından əvvəl tərk edib
Bu, İraqda sülhməramlılara ehtiyacın azalması ilə izah olunur
Ermənistan sülhməramlıları İraqı vaxtından əvvəl tərk edib. 2005-ci ildən sülhməramlı əməliyyatlarda iştirak edən Ermənistan «mavi dəbilqəli»ləri İraqı 2009-cu ilin yanvarında tərk etməliydi. Məlumatı jurnalistlərə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Arşaluys Paytyan bildirib. Onun sözlərinə görə, İraqda sülhməramlılara ehtiyac azalır. Bunun əvəzində erməni hərbçilər Kosovodakı sülhməramlılara qoşula bilər. Qeyd edək ki, Ermənistan hərbçiləri İraqda hərbi əməliyyatlarda iştirak etməyiblər. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|