|
Hərb / 07.10.2008 10:19 Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə pozub
Bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 6-da saat 15.20-dən 15.30-dək Ermənistan Respublikası Noyemberyan rayonu Voskepar kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Aşağı Əskipara kəndi ərazisində yerləşən mövqelərini, oktyabrın 7-də saat 00.50-dən 01.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.00-dan 01.15-dək Tərtər rayonunun Göyarx və Yarımca kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur. /ASN PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|