|
Hadisə / 06.10.2008 22:52 Yəməndə terrorçu qrup ifşa edilib
Ölkə prezidenti Əli Abdulla Salehin sözlərinə görə, terrorçular İsrail kəşfiyyatı ilə əlaqədə olublar
Yəmən prezidenti Əli Abdulla Saleh, İsrail kəşfiyyatı ilə əlaqəsi olan terror qruplaşmasının ifşa edildiyini bildirib. O, əməliyyatın detalları ilə bağlı məlumat verməsə də deyib ki, terrorçular İslam şüarı altında fəaliyyət göstəriblər və İsrail kəşfiyyatı ilə əlaqədə olublar. Yəmən prezidentinin sözlərinə görə, araşdırmaların gedişində qruplaşma ilə bağlı daha geniş məlumat veriləcək. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|