|
İqtisadiyyat / 06.10.2008 23:15 İlin 8 ayı ərzində MDB-də orta inflyasiya 17% təşkil edib
Qiymət artımına görə Tacikistan, ÜDM artımına görə isə Belarus liderdir
2008-ci ilin yanvar-avqust ayları ərzində MDB ölkələri arasında ən yüksək inflyasiya Tacikistanda (30,7 %), ən az qiymət artımı isə Ermənistanda (9,5 %) qeydə alınıb. MDB dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, inflyasiya Qırğızıstanda 26,9%, Ukraynada 26,4%, Azərbaycanda 21,3%, Qazaxıstanda 19,4%, Moldovada 14,7%, Belarusda 14,8%, Rusiyada isə 14,1% təşkil edib. MDB-də orta inflyasiya 17% faiz olub. Hesablamada Gürcüstan, Türkmənistan və Özböəkistanla bağlı məlumatlar nəzərə alınmayıb. 2008-ci ilin ilk 8 ayı ərzində ümumdaxili məhsulun artımına görə isə MDB ölkələri arasında Belarus (13,1%) və Azərbaycan (9,6%) liderdir. MDB dövlətlərarası Statistika Komitəsinin məlumatına görə, ÜDM artımı Ukraynada 6,3%, Qırğızıstanda 6,1%, Rusiyada 5,3% təşkil edib./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|