|
Kriminal / 06.10.2008 17:27 Azyaşlı oğlunu satmaqda təqsirləndirilən Bakı sakininin məhkəməsi keçirilib
Budəfəki prosesdə prokuror ittiham aktını elan edib
Azyaşlı oğlunu satmaqda təqsirləndirilən Bakı sakini Andrey Ağayevin məhkəmə hazırlıq iclası keçirilib. Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Əmir Bayramovun sədrilyi ilə keçən prosesdə prokuror ittiham aktını elan edib. İttiham aktına görə, A.Ağayev bu ilin martında qeyri-qanuni həyat yoldaşı Laləni döyərək ona ağır bədən xəsarəti yetirib. Lalə aldığı xəsarətdən iki gün sonra dünyasını dəyişib. Bundan sonra A.Ağayev Lalənin 5 yaşlı oğlu Nikolay Osyamini on min dollara əcnəbilərə satmaq istəyərkən tutulub. İfadə verən Andrey Ağayev özünü ittihamla qismən təqsirli bilib. O, bildirib ki, Lalə yıxılaraq aldığı xəsarətdən dünyasını dəyişib. Proses oktyabrın 13-də davam edəcək. Qeyd edək ki, A.Ağayevə qarşı Cinayət Məcəlləsinin insan alveri (144-1.3) maddəsi ilə cinayət işi açılıb. İlkin dindirmə zamanı A.Ağayev oğlunu maddi imkanının pis olması səbəbindən satdığını etiraf edib. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|