|
İdman / 06.10.2008 16:45 Sabah UEFA kuboku qrup mərhələsinin püşkü atılacaq
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq
Sabah UEFA kuboku qrup mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. UEFA kubokunun 1-ci mərhələsində İsveçrənin “Bellinzona” klubunu məğlub edərək qrup mərhələsində mübarizə aprmaq şansı qazanan, Türkiyənin “Qalatasaray” klubu 3-cü səbətdə yer alır.
1-ci səbət: Milan (İtaliya), Seviliya (İspaniya), Valensiya (İspaniya), Benfika (Portuqaliya), Şalke04 (Almaniya), ÇSKA Moskva (Rusiya), Tottenhem (İngiltərə), Hamburq (Almaniya)
2-ci səbət: Ştuqqart (Almaniya), Ayaks (Hollandiya), Olimpiyakos (Yunanıstan), Deportivo (İspaniya), Brügge (Belçika), Spartak Moskva (Rusiya), PSJ (Fransa), Heerenven (Hollandiya)
3-cü səbət: Rosenborq (Norveç), Udineze (İtaloya), Feyenoord (Hollandiya), Sporting(Portekiz), Slaviya Praqa (Çexiya), Mançestr Siti (İngiltərə), Qalatasaray (Türkiyə), Sampdoriya (İtaliya)
4-cü səbət: Herta Berlin (Almaniya), Partizan (Serbiya), Nans (Fransa), Portsmut (İngiltərə), Aston Villa (İngiltərə), Rasinq Santander (İspaniya), Kopenhagen (Danimarka), Dinamo Zaqreb (Xorvatiya)
5-ci səbət: Sent Etiyen (Fransa), Volfsburq (Almaniya), Standart Liej (Belçika), Tvente (Hollandiya), NEC Nijmegen (Hollandiya), Metallist Xarkov (Ukrayna), Lex Poznan (Polşa), MSK Jilina (Slovakiya)
Elvin Rəsul/ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|