BU GÜN21.11.2008
HAVA
BAZAR
NAMAZGecə yarı
23:53
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


İdman / 05.10.2008 12:27
Finlandiya-Azərbaycan matçı: proqnozlar, fikirlər, ümidlər...
Vaqif Sadıqov: "Azərbaycan milli komandası Avropada öz dəst-xəttilə seçilən komanda olacaq"

Oktyabrın 11-də Azərbaycan milli futbol komandası 2008-ci ildəki son rəsmi matçını keçirəcək. Milli komandamız Dünya Çempionatı 2010-un seçmə mərhələsi çərçivəsində səfərdə Finlandiya millisi ilə qaşılaşacaq. Qrupda keçirdiyi ilk iki matçda səfərdə Uels milli komandasına 1-0 hesabı ilə məğlub olan milli komanda ikinci matçında Bakıda zəif Lixtenşteyn futbolçuları ilə heç-heçə 0-0. Oktyabrın 11-də keçiriləcək Finlandiya matçı öncəsi futbol mütəxəssislərinin bu matç barədə fikirlərini öyrəndik.


Qurban Qurbanov ("Qarabağ" klubunun baş məşqçisi): Ümumiyyətlə, millinin oyunları son vaxtlar yaxşı təsir bağışlayır, baxmayaraq ki, Uelsə məğlub olduq Lixtenşteyni Bakıda məğlub edə bilmədik. Lakin mənə elə gəlir ki, bir müddət sonra komanda daha yaxşı, daha hazırlıqı olacaq. Finlandiya ilə oyuna, əlbəttə, əminliklə hər hansı bir hesab demək olmaz, ancaq uğurlu nəticə ilə qayıda bilərik. Proqnoz verə bilmərəm... Amma uğurlu nəticə gözləyirəm.

Yunis Hüseynov ("Karvan" klubunun baş məşqçisi):
Milli komandamız Finladiyaya qarşı hər zaman yaxşı oyun göstərib. Avropa Çempionatının seçmə mərhələsində onları Bakıda məğlub etmişdik. Rəqib çox güclü hazırlaşır, Finlandiya əvvəl bizimlə oyuna ciddi yanaşmırdı, amma məndə olan məlumata görə, onlar indi çox ciddi hazırlaşırlar. Bizim də Finlandiyaya qarşı oyunumuz həmişə uğurlu alınıb, inanıram ki, bu səfər də uğurlu alınacaq. Hesab edirəm heç-heçə oynamaq mümkündür.

Şahin Diniyev (Milli komandanın keçmiş baş məşqçisi): Azərbaycan milli komandası oturuşmuş heyətə malik olmayan komandadır, ona görə dəqiq bir söz deməkdə çətinlik çəkirəm, hər şey gözləmək olar. Sürpriz də. Lakin oyunun başlanmasından, ilk 15-20 dəqiqədən çox şey asılı olacaq. Əgər bu ölkənin vətandaşı olmasaydıq əlbəttə həmən deyərdik ki, Azərbaycanın qələbəsi və yaxud hər hansı uğuru sual altındadır, amma bu ölkənin vətəndaşı olduğumuz üçün, milli komanda hamımızın olduğu üçün uğurlu nəticəyə ümid edirik. Səmimi deyim ki, proqnoz vermək çox çətindir, hazırda Finlandiya yüksəlişdədir, bunu Almaniya ilə matçda da gördük. Çox yaxşı komanda formalaşdırıblar, biz isə uğursuz nəticələrdən sonra Finlandiyaya gedirik... Baş məşqçinin oyunçu seçiminə də hörmətlə yanaşıram, hər bir məşqçi taktika quranda öz taktikasına uyğun futbolçuları komandaya dəvət edir.

Rasim Kara ("Xəzər-Lənkəran" klubunun baş məşqçisi): Avropa Çempionatının seçmə mərhələsində Finlandiyanı Bakıda məğlub etmişdik. Azərbaycan millisi Finlandiyaya qarşı çox yaxşı oynamışdı, amma indi onlar da bu matça çox ciddi yanaşacaqlar. Azərbaycan üçün çox çətin matç olacaq. Finlandiya millisi fiziki cəhətən güclü komandadır, həm də hündürboylu futbolçulardan qurulub. Təbii ki, mən Azərbaycanın qalib gəlməsini istəyirəm, lakin asan oyun olmayacaq. Lixtenşteynə qarşı çox yaxşı oyun göstərmədik, daha yaxşı oynamaq olardı. Qol vəziyyətləri oldu, amma istifadə edə bilmədilər. Lixtenşteyn matçından dərs çıxarmaq lazımdır. Berti Foqts və köməkçiləri Finlandiyanı yaxşı tanıyırlar, yəqin ki, son matçlarını də izləyiblər, onlar hava toplarında, xüsusilə künc zərbələrində təhlükəli olurlar, belə vəziyyətlərdə çox diqqətli olmaq lazımdır. Amma çox da ümidsiz deyiləm . Yaxşı nəticə əldə etmək mümkündür. Hesaba gəlincə... içimdən uduzmaq gəlmir... məncə matç 1-1 hesabı ilə başa çatacaq.

Vaqif Sadıqov (Milli komandanın keçmiş baş məşqçisi): Çox ağır oyun olacaq. İlk iki oyunda milli komandamız çox da hazırlıqlı oyun göstərmədi, baxmayaraq ki, Uelsdə mübariz komanda gördük, evdə isə səviyyə imkan vermədi Lixtenşteyni məğlub etməyə. Finlandiya ilə matç 2008-ci ildə milli komandanın son rəsmi oyunudur və istiyərdik ki, milli komandamız bu oyuna ciddi hazırlaşaraq, lazım olan futbolu nümayiş etdirsin və lazım olan nəticə ilə Vətənə dönsün. Ağır olsa da. Milli komandaya yeni bir fəlsəfə, yeni ideyalar gəlib. Bunun üçün zamana ehtiyac var. Bu 6 ayda Berti Foqtsdan hər hansı bir möcüzə gözləmək düzgün deyil. Mən hesab edirəm ki, bir müddətdən sonra millimiz stabil oyun göstərəcək və Azərbaycan milli komandası Avropada öz dəst-xəttilə seçilən komanda olacaq. Ən vacibi odur ki, oyundan-oyuna güclü futbol göstərməklə lazım olan nəticəni də əldə edə biləcək.

Ağasəlim Mircavadov (Milli komandanın keçmiş baş məşqçisi): Mən Finlandiya millisinin Almaniya ilə keçirdiyi oyunu izləmişəm, çox gözəl oynayırdılar, qol vəziyyətlərindən yaxşı istifadə edirdilər. Yəqin baş məşqçi və futbolçular da onların axrıncı oyunlarını izləyərək lazım olan hazırlığı görəcək. Hər bir oyunçu baş məşqçinin verdiyi tapşırıqlarla bərabər, öz oyununu oynamalıdır. Uğurlu nəticə əldə etmək üçün hər bir oyunçu hücum haqqında düşünməlidir, əlbəttə müdafiəni də yaddan çıxarmamaq şərtilə. Milli komandadan yaxşı oyun və qələbə istəyirik, bu bizə lazımdır. Mən futbolçulara inanıram!

Beləliklə, ANS PRESS-in sorğusunda fikirlərini öyrənidyimiz futbol adamları uğurlu nəticəyə ümid edirlər. Həmişəki kimi... Ümid isə, necə deyərlər, sonda ölür. Təki Azərbaycanda futbol ölməsin!

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
21.11.2008
23:31 Qadın şahmatçılarımız da ermənilərə uduzdu-0:4
22:37 Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması barədə Saziş imzalandı
22:10 Türkiyə Ordusu Diyarbəkirdə terror aktının qarçısını alıb
21:48 Kənd Təsərrüfatı Akademiyasına rektor təyin edilib
21:07 Ədliyyə Nazirliyinin rəsmi emblemi təsdiqlənib
20:56 Prezident İlham Əliyev ədliyyə işçilərini təbrik edib
20:45 Bir qrup ədliyyə işçisi və hakim mükafatlandırıb (TAM SİYAHI)
20:04 Xəzərin statusu ilə bağlı İran və Azərbaycan arasında ikitərəfli görüş gələn il Bakıda keçiriləcək
19:05 ABŞ-ın İKT-dəki nümayəndəsi Azərbaycanda səfərdədir
18:29 Romada Beynəlxalq Kanoe Federasiyasının Konqresi keçiriləcək
18:03 Maykl Cekson Islam dinini qəbul edib
17:41 Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilib
17:12 Emil Həsənov erməni cüdoçusunu məğlub edib
17:03 Diaspor ilə iş üzrə Dövlət Komitəsi Dünya Azərbaycanlılarının xartiyası üzərində işi yekunlaşdırmaq üzrədir
16:55 Yaxın üç gün ərzində respublika ərazisində yağış yağmayacaq
16:50 Azərbaycanda ilk dəfə siyasi triller janrında lentə alınmış "Seçilən" filminin premyerası noyabrın 24-də olacaq
16:41 Sabirabad sakinindən külli miqdarda narkotik maddə götürülüb
16:31 Abdullah Gül: "Bu tarixi arzunun gerçəkləşməsi böyük əhəmiyyət kəsb edir"
15:49 Daxili İşlər Nazirliyində daxili işlər orqanlarının bir qrup əməkdaşına yüksək dövlət mükafatları təqdim edilib
15:41 Aeroport yolunda «Volvo» «Mersedes»ə çırpıldıqdan sonra dərəyə düşüb
15:33 Sabah 1700 zəvvar avtobus karvanı ilə Bakıdan Məkkəyə yola düşəcək
15:07 Yasamal rayonunda VAZ 2106 yoldan çıxaraq binaların arasına düşüb
14:01 Premyer-Liqa XII tur əvəzedici heyətlər (TƏQVİM)
13:01 Balakəndə ər keçmiş arvadının başını kəsib
13:00 Türkiyə prezidenti Milli Məclisin spikeri Oqtay Əsədovu qəbul edib
12:51 Azərbaycan millisinin iki oyunçusu Almaniyaya yollandı
12:43 Vardan Oskanyan müxalifətçi olmaq istəyir
12:33 Azərbaycanın 8 kikboksçusu Portuqaliyaya yollanır
12:26 ABŞ Türkiyənin vasitəçilik təklifinə ehtiyac görmür
11:54 «Terrorçu Bin Laden «Əl Qaidə»dən uzaqlaşıb»
11:52 Cüdo üzrə Avropa çempionatı bu gün start götürür
11:45 Azərbaycanın daha bir əsgəri ermənilərin açdığı atəş nəticəsində şəhid olub
11:15 2008-ci ilin əvvəlindən 14 nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub
10:50 AzTV-dən «Amerikanın səsi» gəlməyəcək!
10:37 Suraxanıda ölümlə nəticələnən avtoqəza baş verib
10:26 Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini üç istiqamətdən atəşə tutub
10:20 Mehriban Əliyeva İstanbula səfərə yollanır
10:19 İstanbulda türkdilli ölkələrin parlament sədrlərinin toplantısı öz işinə başlayır
01:06 Bakıda mənzillər maya dəyərindən 3 dəfəyə qədər baha satılır
01:03 Türkiyədə həbs edilən 11 siyasətçi barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib
20.11.2008
23:35 «Ermənistan fürsət pəncərəsini doğru dəyərləndirməlidir»
23:23 Kişi şahmatçılarımız heç-heçə etdi, qadınlar isə qalib gəldi
22:11 Nardaranda yeni idman zalı açılıb
21:38 “Azərbaycanın işğal edilmiş əraziləri boşaldıldıqdan sonra Qafqazda sülhə nail olmaq mümkündür”
20:39 Bu gün neftin qiymətində növbəti rekord ucuzlaşma qeydə alınıb
19:43 200 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğu quraşdırılacaq
18:45 Serj Sarkisiyan müxalifətlə Qarabağ problemini müzakirə edib
17:11 «Azərbaycan XXI əsrdə - uğurun strategiyası» mövzusunda keçirilən beynəlxalq konfransı öz işini başa vurub
16:38 Milli Məclisin üzvləri «Qolodomor»un 75 illiyi ilə bağlı Kiyevdə keçiriləcək beynəlxalq forumda iştirak edəcək
16:32 «Əl Qaidə» Obamaya xəbərdarlıq edib
16:15 Fəhlə daş kəsən mişarın arasına düşüb
16:03 Azərbaycan rəsmi nümayəndə heyətinin İranda apardığı danışıqlar başa çatıb
15:31 «Dağlıq Qarabağ və ətrafında olan yeddi rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir»
15:30 İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib
15:04 "22 nəfərin həlak olduğu 20 noyabr terroru ermənilərin və erməni dövlətinin terrorçu xarakterini nümayiş etdirir"
15:04 «Qondarma Dağlıq Qarabağ rejimi danışıqlar prosesində tərəf kimi iştirak edə bilməz»
14:47 Qusar rayonunda parkda abadlıq işləri aparan kran aşıb
14:31 Eurovision müsabiqəsində göbək oynadan Siruşo Robert Koçaryanın oğlu ilə nişanlanıb
14:08 "Akkord"un mərkəzi ofisində yanğın baş verib
14:06 Bu gün bodibildinq üzrə Dünya çempionatı start götürür
13:27 Tuncay Şanlı Türkiyə millisinə qələbə qazandırdı (CƏDVƏL)
13:20 Xocavənd səmasında törədilən vertolyot qəzasından 17 il keçir
13:10 «Azərbaycan Avrasiya məkanında sürətlə inkişaf edən və sabitliyi qorumağa cəhd edən ölkələrdən biridir»
13:06 Dünya Çempionatı 2010: Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri (CƏDVƏL)
12:54 Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin türbəsi qəzalı vəziyyətdədir
12:46 Qubanın 25 yaşayış məntəqəsinin yol problemi həll edildi
12:23 “ANS-PRESS” Nəşriyyat Evi uşaqlar üçün yeni nağıl və maarifləndirici kitablar nəşr edib
12:15 Türkiyədə PKK terrorçuları ilə türk silahlı qüvvələri arasında atışma olub
11:55 Dünya Çempionatı- 2010: Avstraliya və Cənubi Koreya liderdir (CƏDVƏL)
11:21 İrəvanda jurnalistlərə qarşı zorakılığa son qoyulması tələbilə etiraz aksiyası keçirilib
11:17 Ermənistan tərəfinin şəhid olmuş əsgər O.Şamilovun meyitini Azərbaycan tərəfinə təhvil verməsi prosesi (FOTOSESSİYA)
11:03 İngiltərə Almaniyadan revanş aldı...
10:59 Dünya bazarında neftin qiyməti 54 dollardan ucuz satılır
10:35 Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Orxan Şəmilov son mənzilə yola salındı (FOTOSESSİYA)
10:25 Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^