|
Hərb / 08.09.2008 13:26 Türkiyədə PKK-nın açdığı atəş nəticəsində beş nəfər həlak olub
Hücumdan sonra qaçan PKK terrorçularının zərərsizləşdirilməsi üçün bölgədə havadan geniş əməliyyatlara başlanılıb
Türkiyənin Hakkari vilayətində terrorçularla atışmada Şəmdinli mahalına bağlı Buyyurdu və Çubuqlu kəndinin iki sakini ölüb. Qarşıdurma əsnasında bir baş leytenant və iki əsgər də həlak olub. İkisi əsgər olmaqla dörd yaralının isə vəziyyəti ağırdır.
Hücumdan sonra qaçan PKK terrorçularının zərərsizləşdirilməsi üçün bölgədə havadan geniş əməliyyatlara başlanılıb. Bölgədə vertolyotlar müntəzəm olaraq nəzarət edir. /ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|