|
İqtisadiyyat / 08.09.2008 12:16 ARDNŞ və Palmali Türkiyənin TEKFEN şirkətinin 50%-ni aldı
SOCAR Və Palmali oratqlığı, 5 il əzrində Tekfen İnşaata 37 milyard dollarlıq inşaat işi verəcək
Türkiyə mətbuatının yaydığı məlumata görə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Palmali” şirkəti Türkiyənin “Tekfen İnşaat və Tesisat A.Ş” şirkətinin səhmlərinin 50%-ni 520 milyon dollara satın alıb. Əldə olunan razılaşmaya görə, ARDNŞ və Palmali oratqlığı, 5 il əzrində Tekfen İnşaata 37 milyard dollarlıq inşaat işi verəcək. Tekefenin satılması bu gün İstanbul Fond Birjasına (İMKB) bildiriləcək. Beş il davam edəcək inşaat işləri arasında əsas iş Azərbaycan ve Türkiyədə olmaqla, dünya üzrə neft sahəsindəki inşaat işləri də yer alır. Tekfen şirkəti , neft kimya müəssisələrində, bütün təmir və bərpa işlərini həyata keçirəcək.Qeyed edək ki, Tekfen, Bakı-Tiflis-Ceyhan neft kəmərinin inşa işlərində də iştirak edib.
/Palmali Mətbuat Xidməti/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|