|
Hadisə / 08.09.2008 12:15 75 yaşlı Şəki sakini özünü yandırıb
Məhərrəm Qarayev yaşadığı evin həyətindəki təndirxanada üzərinə neft tökərək özünü yandırıb
Şəki şəhər sakini sakini intihar edib. Özünü yandıran Kiş kənd sakini Məhərrəm Yaqub oğlu Qarayev Şəki Mərkəzi Xəstəxanasına çatdırılsada, onun həyatını xilas etmək mümkün olmayıb və o, təqribən 30 dəqiqə sonra orada dünyasını dəyişib. Şəki Rayon Prokurorluğunun kriminalisti Nizami Hacıyevin verdiyi məlumata görə, 1933 cü il təvəllüdlü Məhərrəm Qarayev yaşadığı evin həyətindəki təndirxanada üzərinə neft tökərək özünü yandırıb. Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb. Ailə üzvlərinin sözlərinə görə isə onun intihar etməsinin səbəbi son vaxtlarda təzyiq və ürək xəstəliyindən əziyyət çəkməsi olub. /ANS TV/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|