|
Siyasət / 08.09.2008 11:51 ABŞ-da prezidentliyə namizəd Con Makkeyn rəqibi Barak Obamanı üstələyib
22 min nəfər arasında keçirilən sorğuda Makkeynin reytinqi yüzdə əlli, Obamanınkı isə yüzdə 46 kimi qiymətləndirilib
ABŞ-da keçirilən son sorğuya əsasən, prezidentliyə Respublikaçılar Partiyasından namizəd, senator Con Makkeyn Demokrat Partiyasından olan rəqibi Barak Obamanı üstələyib. Bu inkişafa Makkeynin köməkçisi, Alyaska əlayətinin 44 yaşlı qadın qubernatoru Sara Palininin partiyanın qurultayında müvəffəqiyyətli performansı əhəmiyyətli faktor olaraq göstərilib.
«Today» qəzeti ilə «Gallup» sorğu mərkəzinin sorğusunda Makkeynin reytinqi yüzdə əlli, Obamanınkı isə yüzdə 46 kimi qiymətləndirilir. Sorğu 22 min nəfər arasında keçirilib. Bunu Virciniya üniversitetinin siyasət eksperti Larry Sabato Respublikaçıların uğurlu qurultay təşkil etməsi ilə əlaqələndirib. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|