|
Hadisə / 08.09.2008 11:05 Bakı-Sumqayıt yolunda qəza baş verib
«Kamaz», sərnişin avtobusunu vurub
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda qəza baş verib. ANS PRESS-ə verilən məlumata görə, «Tam» şirniyyat fabrikinin qarşısında Sumqayıt-Bakı istiqamətində hərəkət edən "Ford" markalı sərnişin avtobusu Kamazla toqquşub. İlkin məlumata görə, qəzaya səbəb - yük maşının sərnişin avtobusunu arxadan vurması olub. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir. Fakt araşdırılır. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|