|
İqtisadiyyat / 08.09.2008 11:02 Türkiyənin enerji və təbii sərvətlər nazirinin Azərbaycana səfəri başlanır
Hilmi Gülər Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
Bu gün Türkiyənin enerji və təbii sərvətlər naziri Hilmi Gülər Azərbaycana gəlir. Türkiyənin ölkəmizdəki səfirliyindən ANS PRESSə verilən məlumata görə, səfərdən məqsəd - sentyabrın 9-10.da Bakıda keçiriləcək "Azərbaycan və Türkmənistan neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya, əməkdaşlıq strategiyası" mövzusunda beynəlxalq konfransda iştirak etməkdir. Türkiyəli naziri prezidenti İlham Əliyevin qəbul edəcəyi gözlənilir. Bundan başqa, Hilmi Gülər sənaye və energetika naziri Natiq Əliyevlə təkbətək görüş keçirəcək. Görüşdə energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|