|
İqtisadiyyat / 07.09.2008 16:31 Lənkəranda inşa olunan hava limanı yaxın günlərdə istifadəyə veriləcək
Bu aeroportun tikintisinə dövlət büdcəsindən 51 milyon manat vəsait ayrılıb
Lənkəran rayonunda inşa olunan hava limanı yaxın günlərdə istifadəyə veriləcək və buradan Bakı-Lənkəran marşrutu ilə aviareys həyata keçiriləcək. Bu barədə Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) məlumat verilib. Qeyd edək ki, bu aeroportun tikintisinə dövlət büdcəsindən 51 milyon manat vəsait ayrılıb. İnşa işlərinin aparıldığı Zaqatala aeroportu üçün isə büdcəyə 27,5 milyon manata başa gələcək. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|