|
Ordan-Burdan / 07.09.2008 16:12 Bu gun Moskva şəhəri 860 illiyini keçirir
Bayramla əlaqədar olaraq şəhərdəki bütün parklar və və inzibati binalar bəzədilib
Bu gun Moskva şəhəri öz 860 illiyini keçirir. Bununla əlaqədar şəhərdə keçiriləcək tədbir yüksək səviyyədə təşkil olunub. Bayramla əlaqədar olaraq bütün parklar və və inzibati binalar bəzədilib.
Qeyd edək ki, şəhərdə bayram günlərinin keçirilməsi üçün dövlət tərəfindən 18 milyon, sponsorlar tərəfindən isə 48 milyon rubl pul xərclənib. Moskva şəhərinin şərəfinə keçirilmiş bayramda 3 milyon şəhər sakininin iştirak edəcəyi gözlənilir. Bayram şənliyi ilə əlaqədar olaraq 21 min hüqüq-mühafizə orqanlarının əməkdaşı, hərbi silahlılar, xüsusi təyinatlılar şəhərdəki təhlükəsizliyi qoruyacaqlar. Tədbirdə çoxlu sayda sürprizlərin və yeniliklərin olacağı gözlənilir.
Bundan başqa, reklam və informasiya komitəsi tərəfindən üzərində 860 şam olan plastiik bayram tortu hazırlanıb. Sonda bütün moskvalılara ənənəvi olaraq lazer şou və bayram atəşfəşanlığı göstəriləcək. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|