|
Siyasət / 07.09.2008 15:16 Bu gün prezident İlham Əliyev Salyanda olub
İlham Əliyev müasir olimpiya idman kompleksinin və Qardili kənd orta məktəbi binasının açılışındaa iştirak edib
Bu gün prezident İlham Əliyev Salyanda müasir olimpiya idman kompleksinin açılışında iştirak edib. Müxtəlif idman qurğuları ilə təchiz olunmuş və müasir tələblərə cavab verən idman kompleksində basketbol, voleybol meydançaları inşa olunub. Burada 2 min nəfər oturacaq yeri olan böyük futbol stadionu, 264 yerlik mini futbol meydançası və tennis kortu tikilib.
İlham Əliyev Qardili kənd orta məktəbi binasının açılışında da iştirak edib. Ölkə başçısının Salyana səfəri artıq başa çatıb. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|