|
İdman / 07.09.2008 14:30 İdmançımız Ramin İbrahimov Paralimpiya Oyunlarının yarımfinala çıxıb.
Yarımfinalda onun rəqibi Əlcəzair idmançısı Mulud Nour olacaq
İdmançımız Ramin İbrahimov Pekində start götürmüş Paralimpiya Oyunlarının cüdo yarışlarında yarımfinala çıxıb. 60 kiloqram çəki dərəcəsində mübarizə aparan həmyerlimiz ukraynalı İqor Zayadkoviçi və Rusiya cüdoçusu Səid Şahmanovu məğlub edib. Yarımfinalda onun rəqibi Əlcəzair idmançısı Mulud Nour olacaq.
66 kiloqram çəkidə yarışan İlkin Alışov da yarışa qələbə ilə başlayıb. Braziliyalı Eduard Amarala qalib gəlmiş Alışov 1/4 finalda əlcəzairli Sidali Lamriyə uduzub. Bunula belə İlkin növbəti 2 döyüşdə qələbə qazanarsa, Pekin Paralimpiya Oyunlarının bürünc medalına layiq görüləcək.
Xatırladaq ki, Azərbaycan bu yarışlarda 4 idman növündə 18 idmançı ilə təmsil olunub. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|