|
İdman / 07.09.2008 12:24 Berti Foqts Dünya Çempionatı barədə proqnoz verib
O bildirib ki, Almaniya və Rusiyadan başqa dördüncü qrupdan Dünya Çempionatının seçmə mərhələsinə düşmək şansı olan komanda yoxdur
Futbol üzrə Azərbaycan yığmasının almaniyalı baş məşqsiçi Berti Foqts komandasının Uelsə 1-0 hesablı məğlubiyyətindən sonra 2010-cu ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsinə dördüncü qrupdan seçiləcək komandalar barədə proqnoz verib. O bildirib ki, Almaniya və Rusiyadan başqa dördüncü qrupdan Dünya Çempionatına düşmək şansı olan komanda yoxdur.
Xatırladaq ki, yığma komandamızın Uelsə uduzmasından əvvəl Almaniya komandası Lixtenşteynə 6-0 hesabı ilə qalib gəlib. İndi o, qrupda liderdir. İkinci yerdə isə yığmamıza qalib gələn Uels komandasıdır.
Berti Foqts bildirib ki, həftənin üçüncü günü Uelsin mövqeyi dəyişə bilər. Belə ki, Rusiya yığması ilə qarşılaşan komanda uduzaraq mövqeyini itirə bilər. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|