|
Siyasət / 07.09.2008 11:57 ABŞ-ın Hindistanla razılıq ilə bağlı planı təsdiq edilib
Hindistan rəsmisi Pranab Mukerje: "Çıxarılan bu qərar Hindistanın nüvə enerjisinin sülh məqsədi ilə işlədilməsində Hindistanın başqa ölkələrlə əməkdaşlığında yeni fəsil açır"
Nüvə materialları və nüvə texnologiyasını təmin edən dövlətlər çətin maneələrin öhdəsindən gələrək Amerika Birləşmiş Ştatlarının (ABŞ) Hindistanla razılıq ilə bağlı planı təsdiq ediblər. Nüvə komponentləri ilə əlaqədar dünyanın hüquqi ticarətini idarə edən nüvə təchizatçıları qrupu 3 gündür davam edən danışıqlardan sonra bir çox ölkələrin bunun qorxulu presedent yaradacağı ilə bağlı fikirələrinə baxmayaraq əldə olunan razılıqla bağlı sənədə imza atıblar. ABŞ-ın silahlara nəzarət məsələləri üzrə dövlət katibinin fəaliyyətdə olan müavini Con Rud bildirib ki, nüvə tədhizatçıları qrupu artıq Hindistanla mülki ticarət aparmaqla bağlı müzakirələrin 3-cü günü artıq başa çatıb: «Deyərdim ki, hal-hazırda həm nüvə təchizatçıları qrupu, Hindistan, eyni zamanda ABŞ və Hindistan əlaqələri və Hindistanın dünyanın rahatlığı ilə bağlı əlaqələri üçün tarixi andır. Bu, nüvə silahının yayılmaması ilə bağlı rejimin güclənməsi üçün əhəmiyyətli andır. Dünən Hindistanın xarici işlər naziri yayılmama ilə bağlı Hindistanın öhdəlikləri barədə danşaraq çox vacib bir bəyanat verdi. Bu bəyanat nüvə təchizatçıları qrupundakı müzakirələrdə əhəmiyyətli rolu var idi. Mən həmçinin onu da xatırlatmaq istəyirəm ki, bu Hindistanda enerji ehtiyacı, eyni zamanda açıq və etibarlı enerji təchizatı üçün qlobal ehtiyacla bağlı kritik andır». Hindistanın xarici işlər naziri Pranab Bukerje də həmçinin ölkəsi ilə bağlı çıxarılan qərarla və əldə olunan razılıqla əlaqədar öz münasibətini bildirib. Hindistanın xarici siyasət idarəsinin rəhbəri Pranab Mukerje qeyd edib ki, çıxarılan bu qərar Hindistanın nüvə enerjisinin sülh məqsədi ilə işlədilməsində Hindistanın başqa ölkələrlə əməkdaşlığında yeni fəsil açır və onlar bu qərar çərçivəsində qarşıılıqlı faydalı əməkdaşlığın bütün potensiallıqla reallaşması üçün beynəlxalq tərəfdaşlarla işləməyi səbirsizliklə gözləyirlər. Hindistan rəsmisi sözlərinə onu da əlavə edib ki, bu qlobal enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir və iqlim dəyişikliklərinə çağırışla bağlı görüş üçün də tövhə olacaq. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|