|
İqtisadiyyat / 07.09.2008 11:28 Gəncənin elektron qaz sayğacları ilə təmin edilməsi gələn ilin ortalarına kimi yekunlaşacaq
İndiyə kimi Gəncədə 30 mindən artıq bu tip sayğac quraşdırılıb
Gəncə şəhərinin elektron qaz sayğacları ilə təmin edilməsi prosesi gələn ilin ortalarına kimi yekunlaşacaq. Bu barədə «Gəncə sənaye-cihaz» Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. Qeyd edək ki, indiyə kimi Gəncədə 30 mindən artıq bu tip sayğac quraşdırılıb. Bundan sonra isə daha 65 min elektron qaz sayğacı quraşdırılacaq. Ümumiyyətlə isə, indi Azərbaycanda 1 milyon belə sayğaca ehtiyac var. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|