|
İqtisadiyyat / 06.09.2008 23:52 Dünya Bankı ilə Azərbaycan höküməti arasında yeni layihə üçün saziş imzalanıb
Yeni layihə 21 rayonda və Naxçıvanda su təchizatı, eləcə də kanalizasiya sisteminin yenidənqurulmasını nəzərdə tutur
Dünya Bankı ilə Azərbaycan höküməti arasında “İkinci milli su təchizati və kanalizasiya xidmətləri” layihəsinə dair saziş imzalanıb. Layihə 21 rayonda və Naxçıvanda su təchizatı, eləcə də kanalizasiya sisteminin yenidənqurulmasını nəzərdə tutur. Layihənin ümumi dəyəri 410, milyon dollar təşkil edir və bu məbləğin 260 milyon dolları Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından və Beynəlxalq İnkişaf Assosiasiyasından cəlb edilən kreditlər hesabına, 150 milyon dolları isə Azərbaycan hökumətinin hesabına maliyyələşdiriləcək. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|