|
İç Xəbər / 07.09.2008 01:17 Bu aydan etibarən sosial sığorta haqqlarında artım olacaq
Dövlət Sosial Müdafiə fondundan bildirilib ki, bu, fiziki şəxslər üçün problem yaratmayacaq
Sentyabrın 1-dən minimum əmək haqlarının 75 manata çatdırılması sahibkarlıq fəaliyyətiylə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqlarının 25 faiz artımına gətirəcək. Bakıda işləyən fiziki şəxslər bundan sonra 15 manatdan 37,5 manata qədər sığorta haqqı ödəyəcək. İndiyə qədər ticarət, tikinti, nəqliyyat sahələrində fərdi sahibkarlıqla məşğul olanların ödədiyi sığorta məbləği minimum əmək haqqının 50 faizi qədər başqa sözlə 30 manat sığorta haqqı ödəyəirdilər. Minimum əmək haqqının artırılması ilə əlaqədar bu məbləğ 37,5 manat olacaq. Digər sahələrdə işləyənlər isə minimum əmək haqqının 20 faizi qədər başqa sözlə 12 manat sığorta haqqı ödəyir. Minimal əmək haqqının artımlarından sonra sahibkarların ödəyəcəyi məbləğ 15 manatadək artırılacaq. Kənd təsərrüfatında işləyənlərin də ödədiyi sığorta məbləği artacaq. Belə ki, indi fermerlər minrimum əmək haqqının 6 faizi qədər, başqa sözlə 3 manat 60 qəpik sığorata haqqı ödəyiridilər. Bu ilin sentyabrından bu məbləğ minimum əmək haqqının artırılması ilə əlaqədar 4 manat 50 qəpiyə qalxır. Dövlət Sosial Müdafiə fondunda deyirlər ki, sığorta haqlarının artırılması fiziki şəxslər üçün problem yaratmayacaq. Çünki burada artımın məbləği o qədər də böyük deyil. Fonddan verilən məlumata görə ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən fiziki şəxslərin ödədiyi sosial sığorta haqları 31faiz artaraq 390 milyon manat olub. Fondda bildirirlər ki, müəssisələrdə əmək müqaviləsi bağlanılmasına, sahibkarların qeydiyyatına nəzarət artırıldığından sosial sığorta ödəyicilərinin sayı 87 min artaraq 1 milyon 700 mini keçib. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|