|
İdman / 06.09.2008 22:54 Türkiyə millisi Ermənistan yığmasına qalib gəldi (FOTOSEESSIYA)
Türklər ermənilərin qapısından iki cavabsız top keçirib
Futbol üzrə Dünya çempionatının seçmə mərhələsində Türkiyə millisi İrəvanda Ermənimstan yığması ilə qarşılaşıb. Oyunu Türkiyə prezidenti Abdulla Gül və Ermənistanın dövlət başçısı Serj Sarkisyan da izləyib. Qarşılaşmanın birinci hissəsində Türkiyə millisinin faktiki üstünlüyü nəzərə çarpsa da, hesab dəyişməyib. 61-ci dəqiqədə isə Tuncay erməniləri məyus etməyi bacarıb və seçmə mərhələdə Türkiyə millisinin ilk qoluna müəlliflik edib. 77-ci dəqiqədə isə Semih Şənturk günc zərbəsini qola çevirib və Türkiyə millisini qələbəsini rəsmiləşdirib. /ANS PRESS/ Şəkillərə burada baxa bilərsiniz
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|