|
Hadisə / 06.09.2008 21:10 «Ayk» qasırğası Kubaya yaxınlaşır
Qasırğanın maksimal sürəti saatda 177 kilometrə çatır
Bu gün Kuba rəsmiləri «Ayk» qasırğasının yaxınlaşması ilə bağlı xəbərdarlıqla çıxış edib. Bildirilib ki, ən ciddi təhlükə ölkənin qərb bölgəsində yaşana bilər. «Ayk» qasırğası Saffir-Simpson qşkalarsı üzrə ikinci dərəcəyə qədər zəifləsə də, yerli hakimiyyət dağıntıların baş verəcəyindən narahatdır. Bakı vaxtı ilə saat 18.00-da «Ayk» qasırğası Qrand-Terk adasının 240 kilometrliyində yerləşib. Qasırğanın maksimal sürəti saatda 177 kilometrə çatır. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|