|
Siyasət / 06.09.2008 18:00 "Daşnaksütyun" partiyası Gülün gəlişi ilə bağlı İrəvanda etiraz aksiyası keçirir
Aksiya iştirakçıları hava limanının qarşısında və prezident sarayının yerləşdiyi Baqramyan prospektində toplaşıblar
“Daşnaksütyun” partiyası Türkiyə prezidentinin Ermənistana gəlişi ilə bağlı İrəvanda etiraz aksiyası keçirir. Bu barədə “Novosti-Armeniya” məlumat yyaıb. Verilən məlumata görə, Gül təqribən 1 saat bunda əvvəl İrəvana gəlib, aksiya iştirakçıları isə “Zvartnots” beynəlxalq hava limanının qarşısında və prezident sarayının yerləşdiyi Baqramyan prospektində toplaşıblar. Onlar vətənpərvər mahnılar oxuyur və “Tanıma, tanınma!” şüarları səsləndirirərək Türkiyənin qondarma erməni soyqırımını tanımasını tələb edirlər. Onların əllərində erməni və ingilis dillərində "soyqırım"ın tanınması, həmçinin Türkiyə rayonlarının adları olan plakatlar var. Aksiya iştirakçıları bununla Şərqi Anadolunun erməni ərazisi olmasını iddia edirlər. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|