|
Kriminal / 06.09.2008 14:40 İrandan Azərbaycana 10 kq narkotik vasitə keçirən 3 nəfərdən ibarət dəstə saxlanılıb
Bununla yanaşı, dəstə üzvlərindən 5 ədəd mobil telefon və 4100 dollar məbləğində pul aşkarlanaraq götürülüb
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Yardımlı rayonunda yerləşən sərhəd zastavasının xidməti ərazisində aparılan əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən qeyri-qanuni yolla Azərbaycan ərazisinə 10 kq narkotik vasitə keçirən 3 nəfərdən ibarət dəstə saxlanılıb. Bununla yanaşı, dəstə üzvlərindən 5 ədəd mobil telefon və 4100 dollar məbləğində pul aşkarlanaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin qaçaqmalçılıq, dövlət sərhədini qanunsuz keçmə, narkotik vasitələrin qanunsuz satma və daşıma maddəsi ilə cinayət işi açılıb və birgə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dəstənin başqa üzvlərinin olması faktı da istisna edilmir. DSX-nın istintaq-təhqiqat idarəsinin rəisi Azər İbrahimovun ANS TV-yə verdiyi məlumata görə, dövlət sərhədini qanunsuz keçən İran İslam Respublikası vətəndaşıMənsur İzzət oğlu Fərruxi , onu qəbul edən Yardımlı rayon sakinləri Qoşqar Ağayev, Rahib Qarayev saxlanılıb. Onlardan 4 kq heroin,4 kq həşiş qətranı, 2 kq tiryək götürülüb./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|