|
Hadisə / 06.09.2008 14:30 Pakistanda seçki günü də partlayışsız ötüşməyib
Polis nəzarət-buraxılış məntəqələrindən birində törədilmiş partlayış nəticəsində 12 nəfər həlak olub, 30-dan çox yaralı var
Pakistanda seçki günü də partlayışsız ötüşməyib. Verilən məlumata görə, Pişəvar şəhərindəki polis nəzarət-buraxılış məntəqələrindən birində törədilmiş partlayış nəticəsində 12 nəfər həlak olub, 30-dan çox yaralı var. Qanlı aksiyanın hansı şəraitdə baş verdiyinə aydınlıq gətirilməsə də, avtomobildə yerləşdirilmiş partalyıcı qurğunun işə düşdüyü bildirilir./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|