|
Siyasət / 06.09.2008 16:18 Asif Əli Zərdari Pakistanın prezidenti seçilib
Pakistan Xalq Partiyasının lideri qələbə üçün lazım olan 352 səsi toplayıb
Pakistanın keçmiş Baş naziri Bənazir Bhuttonun əri Asif Əli Zərdari ilkin hesablamara görə, Pakistanın prezidenti seçilib. Belə ki, bu gün keçirilən seçkinin nəticələrinin hesalanması artıq bitmək üzrədir, amma Pakistan Xalq Partiyasının lideri qələbə üçün lazım olan 352 səsi toplayıb. Bu barədə BBC məlumat yayıb. Səsvermə ölkə parlamentində və dörd əyalət assambleyasında keçirlib. Hələ ki, Pencab əyalətində səsvermənin nəticələri elan edilməsə də seçki komissiyasınnı rəsmi nümayəndəsi Asif Əl Zərdarinin qalib elan edib./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|