|
İdman / 06.09.2008 13:30 Sərvət Çətin: "3 xalı xalqımıza hədiyyə edəcəyik"
Semih Şəntürk:"Böyük hesabla qalib gələrək, sentyabrın 10-da keçirəcəyimiz Belçika matçına daha yaxşı əhval ruhiyyədə çıxmaq istəyirik"
DÇ-2010-un seçmə mərhələsi çərçivəsində bu gün İrəvanda Ermənistanla qarşılaşacaq Türkiyə milli komandasının futbolçuları qələbədən başqa bir şey düşünümür. Futbolçular Türkiyə mətbuatına açıqlama veriblər. Avro-2008-də göstərdiyi oyun və vurduğu qollarla məşhurlaşan Semih Şəntürk, “Avropa Çempionatındakı futbolumuzu davam etdirib, hətta bir addım irəli də atacağıq. Bizim üçün rəqib önəmli deyil. Qalib gəlmək üçün burdayıq, qələbə çalıb qayıdacağıq. Böyük hesabla qalib gələrək, sentyabrın 10-da keçirəcəyimiz Belçika matçına daha yaxşı əhval ruhiyyədə çıxmaq istəyirik”, deyə açıqlama verib. Tez tez zədələnməsindən şikayətlənən müdafiəçi Sərvət Çətin isə belə deyib: "Zədələrdən qurtula bilmirəm. Amma ağır zədəli olmağıma baxmayaraq, hər zaman oynadım. Zədələrim, məşqlərə çıxmağıma mane oldu. Yenə də məşqçidən şans gözləyirəm və oynamaq istəyirəm. Heç kim xal itirmək barədə düşünmür. Xeyirlisiylə qalib gəlib, 3 xalı xalqımıza hədiyyə edəcəyik. Buradakı atmosferdən çəkinmirik". /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|