|
Afişa / 06.09.2008 17:04 Bakıda «2008-ci il Payız festivalı» keçiriləcək
Festivalda türk müğənniləri çıxış edəcəklər
Sentyabrın 14-dən 21-dək ilk dəfə olaraq Bakıda «2008-ci il Payız festivalı» keçiriləcək. “İstiot”un məlumatına görə, Kamal Cengin təşkilatçılığı ilə təşkil olunan bu festival Yaşıl Teatrda baş tutacaq. Festival türk müğənnilərinin iştirakı ilə keçiriləcək. Festivalın ilk günündə - sentyabrın 14-də Mahsun Qırmızıgül,17-də Kübariyə,18-də İsmayıl YK, 20-də İzzət Yıldızxan və Devrim Erden, 21-də isə Özcan Dəniz konsert proqramı ilə çıxış edəcəklər./ ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|