|
Mədəniyyət / 06.09.2008 13:07 Müğənni Zamiq Hüseynov həmkarı Natəvan Həbibi ilə ikinci duetini hazırlayıb
Mahnı «Beş dəqiqə» adlanır
Müğənni Zamiq Hüseynov həmkarı Natəvan Həbibi ilə ikinci duetini hazırlayıb. "İstiot"un məlumatına görə, mahnı «Beş dəqiqə» adlanır. Rep və R&B janrlarında olan mahnının müəllifi Cin ləqəbi ilə tanınan repçidir. Mahnının aranjimanı repçinin özünə aiddir. Xatırladaq ki, Cinin yazdığı və aranjiman etdiyi mahnılar bir çox ulduzlarımızın ifasında hitə çevrilib. Mahnının rep hissəsini Cin ifa edir. Repin mahnıya rəngarənglik və xüsusi nəfəs verdiyini qeyd edən Zamiq duetin əsasən gənc dinləyicilər üçün nəzərdə tutulduğunu söyləyib./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|