|
İç Xəbər / 06.09.2008 12:51 Cəlilabad rayonunda bədbəxt hadisə baş verib
15 yaşlı Rəqsanə Abbasova ildırım vurması nəticəsində ölüb
Bu gün saat 09.00 radələrində Cəlilabad rayonnun Uzuntəpə kəndində 15 yaşlı Rəqsanə Sabir qızı Abbasovanı ildırım vurub. Hadisə baş verən zaman Rəqsanə həytdəki ucaboylu ağacın altında əl- üzünü yuyurmuş. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Rəqsanə elə hadisə yerində keçinib. Hadisə yerinə rayon prokurorluğu və rayon polis şöbəsnin əməkdaşları baxış keçiriblər. Rayon prokurorluğundan bildirilib ki, fakt bədbəxt hadisə kimi qiymətləndirilib. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|