|
Siyasət / 06.09.2008 12:21 "Rusiya-Gürcüstan müharibəsində günahkarı müəyyənləşdirmək üçün AB-nin xüsusi komissiyası yaradılmalıdır"
Bu təkliflə Fransada keçirilən Avropa Birliyin qeyri-formal sammitində Almaniya, Böyük Britaniya və Fransanın xarici işlər nazirləri çıxış ediblər
Rusiya-Gürcüstan müharibəsinin başlanmasında günahkar tərəfi müəyyənləşdirmək və münaqişə zamanı insan haqlarının pozulmasını araşdırmaq məqsədi ilə, Avropa Birliyinin xüsusi komissiyası yarıdılmalıdır. Bu təkliflə Fransada keçirilən Avropa Birliyin qeyri-formal sammitində Almaniya, Böyük Britaniya və Fransanın xarici işlər nazirləri çıxış ediblər. Böyük Britaniyanın xarici siyasət idarəsinin rəhbəri Devid Milibend isə, Avropanın Rusiya ilə əlaqələrini yenidən gözdən keçirməli olduğunu qeyd edib. Qeyd edək ki, qeyri-rəsmi sammit bu gün işini yekunlaşdıracaq. Bu günkü toplantıda əsasən ABŞ-da keçiriləcək prezident seçkisi, Yaxın Şərqdə aparılan sülh danışıqları müzakirə ediləcək. Qeyd edək ki, Avropa Birliyinin növbəti toplantısı noyabrın 14-də, İtaliyanın Venesiya şəhərində keçiriləcək./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|