|
Siyasət / 06.09.2008 11:58 ABŞ “Qafqazda təhlükəsizlik və əməkdaşlıq platforması”nı dəstəkləyir
Bu barədə Abdullah GÜllə görüşən ABŞ-ın dövlət katibinin siyasi məsələlər üzrə yeni təyin olunmuş müavini Vilyam Börns bildirib
“Qafqazda təhlükəsizlik və əməkdaşlıq platforması”, Türkiyə prezidenti Abdullah Gülün, Ermənistan səfəri ərəfəsində, ABŞ-ın dövlət katibinin siyasi məsələlər üzrə yeni təyin olunmuş müavini Vilyam Börnslə keçirdiyi görüşdə də müzakirə edilib. AzərTAc-ın məlumatına görə, amerikalı diplomat təmsil etdiyi dövlətin bu ideyanın dəstəklədiyini bildirib. Bundan başqa, Vilyam Börns Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşərək onunla, ikitərəfli əlaqələri və Qafqazdakı vəziyyəti müzakirə edib./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|