|
Hadisə / 06.09.2008 11:30 Haitidə, Hanna tropik qasırğasının qurbanlarının sayı 495-ə çatıb
Ölkə polisi həlak olanlar barədə yeni məlumatı Qonaiv şəhərində suyun səviyyəsi aşağı endikdən sonra açıqlayıb
Haitidə, Hanna tropik qasırğasının qurbanlarının sayı 495-ə çatıb. Xatırladaq ki, bir qədər əvvəl təbii fəlakət nəticəsində 163 nəfərin həlak olduğu xəbər verilmişdi. Ölkə polisi həlak olanlar barədə yeni məlumatı Qonaiv şəhərində suyun səviyyəsi aşağı endikdən sonra açıqlayıb. Ötən gün isə, şəhər qasırğanın gətirdiyi leysan yağışları nəticəsində tamamilə suyun altında qalmışdı. Bəzi yerlərdə suyun səviyyəsinin hətta 5 metrə çatdığı xəbər verilirdi. Yerli hökumət dairələrinin məlumatına əsasən, şəhərdə vəziyyət fəlakət həddinə çatıb. 200 minə qədər insanın təcili olaraq humanitar yardıma ehtiyacı var. On minlərlə insan isə ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. Ümumilikdə, Haitidə Fey, Hanna və Qustav qasırğası qurbanlarının sayı 612 nəfər təşkil edir. Artıq BMT Haitiyə genişmiqyaslı humanitar yardım göndərilməsinə hazırlaşır./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|