|
İdman / 06.09.2008 11:32 Millimiz bu gün Uelslə qarşılaşır
Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matç AzTV vasitəsilə canlı yayımlanacaq
Bu gün Azərbaycan A milli futbol komandası Dünya Çempionatı-2010-un seçmə mərhələsi çərçivəsində səfərdə Uels millisi ilə qarşılaşacaq. Kardiff şəhərinin "Milenium" stadionunda keçiriləcək matça millimizin bu heyətlə çıxması gözlənilir: qapıçı Fərhad Vəliyev, müdafiəçilər Rail Məlikov, Rəşad Sadıxov, Saşa Yunusoğlu Nodar Məmədov, yarımmüdafiəçilər Samir Abbasov, Elmar Baxşıyev, Fabio Luis Ramim, Elvin Məmmədov və Cavid Hüseynov, hücumçu Branimir Subaşiç. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matç AzTV vasitəsilə canlı yayımlanacaq. Oyunu makedoniyalı hakimlər briqadası idarə edəcək, baş hakim Aleksandr Stavrevə həmyerliləri, Maryan Kirovski və Lyubomir Kustovski köməklik göstərəcək, dördüncü hakim Dimitar Makarovskidir. Qeyd edək ki, millimiz Uelslə daha öncə 4 dəfə qarşılaşıb. Bu qarşılaşmalardan 3-ü Uelsin qələbəsi ilə başa çatıb. Bir oyun isə heç-heçə nəticələnib.
Elvin Rəsul/ANSPRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|