|
Seçki 2008 / 06.09.2008 10:43 Bu gün XIII Yay Paralimpiya Oyunları start götürür
Azərbaycan 4 idman növündə 18 idmançı ilə təmsil olunacaq
Bu gün Pekində 13-cü Yay Paralimpiya Oyunları start götürəcək. Paralimpiya Oyunlarının açılış mərasimi Çin paytaxtının mərkəzi arenası, "Quş Yuvası" stadionunda keçiriləcək. 2 saat davam edəcək açılış mərasimində 6 min insan iştirak edəcək. Qeyd edək ki, XIII Yay Paralimpiya Oyunlarında Azərbaycan 4 idman növündə - güllə atıcılığı, cüdo, yüngül atletika və pauerliftinq yarışlarında 18 idmançı ilə təmsil olunacaq./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|