|
Hərb / 06.09.2008 10:16 Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozub
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 5-də saat 06.35-dən 06.50-dək və 09.00-dan 09.15-dək Ermənistan Respublikası Berd və Noyanberyan rayonlarının Çinari, Voskepar kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonun Koxa Nəbi və Qazax rayonunun Əskipara kəndləri ərazisində yerləşən mövqelərini, sentyabrın 5-də saat 21.30-dan 21.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.55-dən 23.10-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.10-dan 23.18-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 6-da saat 00.15-dan 00.17-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 05.45-dən 05.55-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.00-dan 06.05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|